Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Tofiq Yaqublu Penitensiar Xidmətə müraciət etdi

Müsavat başqanının müavini Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib. O, bu gün vəfat etmiş qızı Nərgiz Yaqublunun dəfnində iştirak edə bilmək üçün azadlığa buraxılmasını xahiş edir.

Bizimyol.info-ya daxil olan məlumata görə T.Yaqublu qızının vəfat xəbərini televiziyadan eşidib.

Qeyd edək ki, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu vəfat edib. N.Yaqublu ötən il ailə qurub və Moskvada yaşayırdı. O, hamilə idi və Hepatit C-dən əziyyət çəkirdi. Bir neçə gün əvvəl isə komaya düşmüşdü.
683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP