Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Samirrada İmam Hadi (ə) zəvvarlarına qarşı terror: 7 zəvvar şəhid edildi

İraqın Samirra şəhəri yaxınlığında İmam Hadi (ə) zəvvarlarına qarşı terror aktı törədilib. Terror nəticəsidə 7 zəvvar şəhid olub, 12 nəfər isə yaralanıb.

Samirra şəhərinin məsulları bildiriblər ki, İŞİD vandallarının hücumlarına baxmayaraq bu il 2 milyon zəvvar İmam Hadinin (ə) şəhadət günündə o Həzrətin (ə) ziyarəti üçün Samirra şəhərinə gəlib.

Eyni zamanda İraqın paytaxtı Bağdadda da terror aktı törədilib. Bağdadda avtomobil ehtiyat hissələri satılan mağazanın önündə partlayıcı qurğu yerləşdirilən avtomobil havaya uçurulub.

Baş verən şiddətli partlayış nəticəsində 7 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Bununla yanaşı daha bir bomba Kərkük vilayətində partladılıb. Bu partlayış nəticəsində 5 nəfər həlak olub. Hər iki terror aktının İŞİD terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar aparılır./deyerler/
747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:36