Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Ağsu Hərbi Komissarlığında “rüşvət xidməti”

Qeyd edək ki, bu "alver" ölkəmizin bütün bölgələrində gedir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Ağsu rayon şöbəsində alver gedir.

Ağsu rayon Hərbi Komissarlığının fəaliyyətində müşahidə olunan bütün neqativ hallar, Elməddin Cəfərovun rəhbərlik etdiyi şöbə üçün də xarakterikdir.
Yerli mənbələrin iddialarına görə, son nəticədə bütün bu islahatlar bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu. Hətta əvvəllər komissarlıqlarda yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib.
Səfərbərlik xidmətinin Ağsu rayon şöbəsinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, bəzi korrupsioner səlahiyyət sahibləri bu strukturlardan öz qanunsuz əməlləri üçün bir şirma kimi istifadə etmək planlarından hələ də əl çəkmək fikrində deyillər. Ağsuda hərbi xidmətdən yayınmağa çalışan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar.
Məlumatlarda Elməddin Cəfərov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin əməlli-başlı biznes fəaliyyətinə çevrildiyi də iddia olunur./tia/
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber