Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

ABŞ-da yeni insident: Polis vətəndaşı öldürdü

ABŞ-ın New York şəhərində polislə toqquşduğu bildirilən bir şübhəli şəxsin, polisin açdığı atəş nəticəsində öldürüldüyü bildirilir.

Anadolu agentliyi xəbər verir ki, Nyu-yorkun Queens rayonuna bağlı bölgəsində meydana gələn hadisədə Nyu-york Polis Təşkilatına (NYPD) xidmət edən polisin açdığı atəş nəticəsində yaralanan şübhəli, xəstəxanada həyatını itirib. Təxminən 30 yaşı olduğu deyilən şübhəlinin polislə toqquşduğu deyilir.

Hadisə yerində “Glock” markalı, 9 mm diametrlik tapança aşkarlanaraq istintaqa təhvil verilib.
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP