Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Hərbi çağırışçılara möhlət verilməsi qaydasında dəyişiklik

Azərbaycanda hərbi çağırışçılara möhlət verilməsi qaydasında dəyişiklik edilib

“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsasnamə Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilib.

Bəzi terminoloji dəyişikliklərlə yanaşı, çağırış zamanı sağlamlığın vəziyyətinin müəyyən edilməsində də bəzi dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək.

3 ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcək.
1700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26
T