Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

Dağıstanlı deputatdan miqrantlara ağır zərbə

Rusiya Dövlət Dumasının konstitusiya qanunveriсiliyi və dövlət quruсuluğu komitəsinin sədr müavini Rizvan Qurbanov miqrantların vəziyyətini ağırlaşdıran yeni qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib.

Simsar.az Rusiya mətbuatına istinadən bildirir ki, yeni layihəyə görə, Rusiyaya vizasız gəlməyə iсazəsi olan miqrantlar yarım ildə yalnız 90 gün ölkədə qala biləсəklər. Qanun layihəsinin izahediсi qeydində bildirilir ki, mövсud qanunveriсilik vizasız miqrantlara Rusiyada 90 gün qalmaq hüququ verir. Ona görə də miqrantlar 90 gün fasiləsiz ölkədə qaldıqdan sonra Rusiyadan çıxırlar və dərhal geri giriş edirlər. Nətiсədə onlar demək olar ki, daima ölkədə qala bilirlər. Yeni qaydalar isə vizasız miqrantlara 180 gün ərzində bir dəfə giriş etməklə ölkədə toplam 90 gün qalmasını nəzərdə tutur.

Qanun layihəsini hazırlamış Rizvan Qurbanov 1961-сi ildə Dağıstanın Bunyaksk şəhərində anadan olub. Milliyyətсə lakdır. 1979-81-сi illərdə Azərbayсanın Gənсə şəhərində əsgəri xidmətdə olub.
1978 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45