Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

İranın döyüş gəmiləri Ədən körfəzinə çatdı

İran Ədən Körfəzinə göndərdiyi 2 döyüş gəmisinin bölgəyə çatdığını açıqlayıb.

Sputnik-in verdiyi xəbərə görə, aprelin 8-də Ədən Körfəzinə getmək üçün yola çıxan İran Dəniz Qüvvələrinin 34-cü donanmasına aid "Buşehr" maddi-texniki təchizat gəmisi ilə "Əlborz" dağıdıcı gəmisi Ədən Körfəzinə çatıb.

İran Dəniz Qüvvələri Komandiri Kontradmiral Həbibullah Səyyari bölgəyə göndərilən donanmanın missiyası ilə bağlı açıqlama verərək İran gəmilərinin dəniz yolu təhlükəsizliyinin təmin edilməsi və İranın dəniz sularındakı maraqlarının qorunması olduğunu bildirmişdi.

Səyyari, donanmanın göndərilməsində regiondakı münaqişələrin təsirinin olub olmaması ilə bağlı mübahisələrə dair iddiaları təkzib etmişdir.

Bu arada İran Dəniz Qüvvələrinə məxsus 33-cü Donanma, təxminən bir ay əvvəl bölgədəki 77 günlük vəzifəsini tamamlayaraq İrana qayıdıb.deyerler//
701 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38
Rusiya BMT