Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Rusiyada azərbaycanlının müəmmalı ölümü

Rusiyaya işləmək məqsədilə gedən Lənkəran rayon sakini qətlə yetirilib.

Mətbuataa bu barədə məlumat verən qohumlarının sözlərinə görə, Səpnəkəran kənd sakini olan Xəlilov Hamlet Fərhad oğlu bu ilin aprelin 13-də Rusiya Federasiyasının Astarxan şəhərinə yola düşüb.
Yaxınlarının sözlərinə görə, Mahaçqala şəhərində dəmir yolu vağzalında düşüb Astarxana bilet almaq istərkən Kirov rayon polis əməkdaşları onu yoxlama məqsədi ilə rayon polis şöbəsinə aparıblar.

Lakin həmin gecənin səhərisi mərhumun telefonu ilə naməlum şəxs qardaşına zəng edərək H.Xəlilovun meyitinin şöbənin yaxınlığındakı parkda tapdıqlarını bildiriblər.

Qohumları bildirirlər ki, mərhuma məxsus əşyalar və pasport Kirov rayon Polis şöbəsində tapılıb. Ölüm haqqında tibbi arayışda H.Xəlilovun fiziki zorakılığa məruz qaldığı, sinəsinə endirilən zərbələr nəticəsində qabırğalarında sınıqlar yarandığı göstərilib.

Digər diqqətçəkən məqam isə ondadır ki, polis şöbəsində mərhumun qohumlarından şikayətçi olmadıqlarına dair ərizə tələb ediblər, əks təqdirdə meyiti verməyəcəklərini bildiriblər. Hazırda Xəlilovun qohumları onun polis şöbəsində döyülərək öldürüldüyünü iddia edərək faktın düzgün araşdırılması üçün Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət ediblər./mediainfo/
779 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber