Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Çeçenistanda kənar təhlükəsizlik qüvvələri güllələnəcək

Çeçenistan lideri Ramzan Kadırovun razılığı olmadan respublika ərazisində əməliyyat keçirən digər regionların təhlükəsizlik qüvvələri yerindəcə güllələnəcək.

Bu barədə Qroznıda yerli hüquq-mühafizə orqanlarının nümayəndələri ilə iclasda Ramzan Kadırov göstəriş verib.

O deyib: “Hamı bilməlidir ki, Çeçenistan Respublikasının ərazisində qanun hökm sürür. Mən rəsmi şəkildə bildirirəm, əgər sizin razılığınız olmadan ərazinizdə kimlərsə peyda olsa, fərqi yoxdur istər moskvalı olsun, istərsə də stavropollu, yerindəcə atəş açın. Onlar bizimlə hesablaşmalıdır. Məsələn, bizim İnquşetiyaya gedib, orda terrorçular və ekstremistlərə qarşı əməliyyat keçirməyə haqqımız yoxdur”.

Ekspertlərin fikrincə, bu, R.Kadırovla Rusiyanın bir sıra hüquq-mühafizə orqanları arasında münasibətlərin gərginləşməsi fonunda baş verir. Kadırovun belə bir bəyanatla çıxış etməsinə səbəb aprelin 19-da Qroznıda Cambulat Dadayev adlı çeçenin Stavropoldan olan polis tərəfindən öldürülməsi olub.

R.Kadırov bildirib ki, indi Çeçenistan ərazisində belə şeylər olmayacaq və belə düşünənlər səhv edirlər: "O vaxtlar, 2000-ci illər geridə qaldı, kimi istəyirlər gəlib aparsınlar"./ans/
666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50