Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

24 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 24-də hava şəraitinin buludlu olacağı, axşama doğru yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 24-də arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 24-də Abşeron yarımadasında gözlənilən güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Aprelin 26-da əlverişli komfort hava şəraiti gözlənilir.
Xəbərdarlıq
Aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
672 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi