Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

İngilsilər Şotlandiyanı buraxmaq istəmir

Noyabrın 27-də Britaniyanın baş naziri Devid Kemeron Şotlandiyanın krallığın tərkibindən çıxması planını kəskin tənqid edib.

Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, noyabrın 26-da Şotlandiya hakimiyyəti yerli Milli Partiya ilə birlikdə cəmiyyətə «Ağ kitab» adlı 670 səhifəlik proqrammı ictimaiyyətə təqdim edib. Orada Britaniyanın tərkibindən Şotlandiyanın çıxması və ondan sonrakı proseslər açıqlanıb.

«Bizə dedilər ki, bu sənəd bütün suallara cavab verir. Ancaq orada şotland valyutası, Şotlandiyanın Avropa Birliyi və NATO-ya üzvlüyü məsələləri öz həllini tapmayıb»-deyə, Britaniya parlamentində çıxışı zamanı Kemeron vurğulayıb.

O, qeyd edib : «Məsələ ilə bağlı bizim hələ də çoxsaylı suallarımız var».

Bir müddət öncə, Şotlandiya hökuməti bildirmişdi ki, əgər şotlandların çoxu referendumda ölkənin Britaniyanın tərkibindən çıxmasına səs versə, o zaman 2016-cı il martın 26-da Şotlandiya öz müstəqilliyini elan edəcək. Xatırladaq ki, 2014-cü il sentyabrın 18-də müstəqilliklə bağlı referendumun keçirilməsi planlaşdırılıb.
1793 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP