Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

Səddam Hüseynin müavininin əl telefonundan ələ keçən dövlət adamlarının adları!

Nur-az.com shia-news.com-a istinadən:
Sabiq rejim zamanı diktator Səddam Hüseynin müavini, “Bəəs” partiyasının lideri və daha sonra İŞİD-ə qoşularaq İraq üzrə onların komandirlərindən olub və nəhayət, ötən həftə Səlahəddin vilayətinin terroristlərdən təmizlənməsi əməliyyatlarında məhv edilən İzzət İbrahim əl-Dovrinin əl telefonundan hal-hazırda dövlətin mühüm orqanlarında çalışan bir çox nazir və millət vəkillərinin ad və nömrələri ələ keçib. Məsələn, həmin adların arasında İraq prezidentinin hazırkı müavinləri Əyad Əlavi və Üsamə Nəcifi, baş nazirin müavini Saleh Mütləq, Kürdüstan vilayətinin baş katibi Məsud Barzani, keçmiş prezidentin müavini Tariq əl-Haşimi, millət vəkillərindən Əhməd əl-Misari, Mişan Cəburi, Zafir əl-Ani, Məhəmməd Fəhdavi və Taha Ləhibi kimi şəxslər görünür.
Hələ bundan qabaq başqa bir rəsmi mənbə adı çəkilən dövlət nümayəndələrindən əlavə bir sıra tayfa başçıları və hərbiçilərin də, adlarını qeyd edərək, onların əl-Dovri ilə rabitə saxladıqları haqda məlumat yaymışdı. Görünür, adları ifşa olan şəxslər, nəyin bahasına olur-olsun, öz adlarını həmin siyahıdan silməyə cəhd göstərəcəklər.
747 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi