Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

Mariupolda atəş səsləri

Ukraynanın şərqində Rusiya meylli separatçılar strateji Mariupol portu yaxınlığında hökumət qoşunlarının mövqelərini artilleriya atəşinə tutublar.

BBC müxbiri atəşə tutulan hökumət qoşunlarının yanında olub. O bildirir ki, separatçıların bombardmanı beynəlxalq müşahidəçilər bu məntəqəni tərk edəndən az sonra baş verib. Müxbir qeyd edir ki, partlamamış mərmilərdən biri onun ağır artilleriya qurğusundan atıldığını göstərir və bu silahlar atəşkəs rejiminə uyğun olaraq cəbhə xəttindən geri çəkilməli idi.

Ukrayna hərbçiləri isə belə atəşkəs pozuntularına artıq öyrəşdiklərini söyləyirlər.

ABŞ Dövlət Departamenti öz növbəsində “birləşmiş separatçı-Rusiya qoşunlarının” təcavüzü ilə bağlı bəyanat yayıb. Departamentin sözçüsü Mari Harf Rusiya ordusunu “Ukraynanın şərqinə əlavə hava hücumundan müdafiə raketləri gətirməkdə” ittiham edib.

Kreml bu iddialara hələlik heç bir cavab verməyib./ans/
702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber