Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

“İnsanlar acından ölməmək üçün ərzaq oğurlamağa məcbur olur”

Son vaxtlar Azərbaycanda ərzaq oğurluğu hallarının sayında ciddi artım müşahidə edilməkdədir. Sadəcə KİV-də dərc edilən məlumatların ümumiləşdirilməsini aparmaq kifayətdir ki, son 1-2 ay ərzində bu növ cinayətlərdə əhəmiyyətli artımın baş verdiyi müəyyən edilsin.
Cari ilin 16 aprel tarixində Bakının Xəzər rayonunun Şağan qəsəbəsində iki qadının mağazadən ərzaq oğurlayarkən həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumat da ərzaq oğurluğu hallarının qadınlar arasında da artmasından xəbər verir.
Maraqlıdır, Azərbaycanda ərzaq oğurluğunun artmasının səbəbi nədir? Doğrudanmı, artıq xalqın sosial-iqtisadi durumu o qədər pisləşib ki, alıcılıq qabiliyyətini itirən insanlar ərzağa olan tələbatlarını ödəmək üçün mağaza və marketlərdən oğurluq etmək məcburiyyəti qarşısında qalıbdır? Bir xalqın qadınlarını da ərzaq oğrusuna, çörək oğrusuna çevirmək bir xalqın üzləşə biləcəyi ən böyük faciə deyilmi?
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama hüquqşünas Müzəffər Baxışov baş verən ərzaq oğurluğunun kökündə əsasən sosial-iqtisadi vəziyyətin ağırlaşması gerçəyinin dayandığını söylədi:
“Belə hallar mən də eşitmişəm. Müəyyən insanlar var ki, onlar evlərinə ərzaq almaq imkanından məhrumdurlar. Onların ərzağa olan tələbatlarını ödəmək üçün gərəkli vəsaitləri yoxdur. Bu səbəbdən də ərzaq oğurluğu ilə məşğul olurlar. Bu cür insanlar var. Bununla bağlı məndə də müəyyən informasiyalar mövcuddur. Amma başqa hal da ola bilər. Ola bilsin ki, kimsə bununla bir peşə olaraq məşğul olsun. Mağazalardan ərzaqları oğurlasın və daha sonra hansısa yolla onu reallaşdırsın, satsın, maddi tələbatını ödəsin. Amma indiki halda bu ehtimal o qədər də inandırıcı görünmür. Çünki bu cinayəti törədənlər çox böyük risk altına girirlər. Onlar mağaza daxil olandan çıxana kimi hər an tutula biləcəkləri riskini çox gözəl anlayırlar. Görünür, həqiqətən də insanların sosial vəziyyətinin kəskinləşməsi və ailələrini saxlaya bilməməsi açıq-açığına ərzaq oğurluğunun baş verməsi cinayətinə gətirib çıxardır. Azərbaycanda insanların sosial vəziyyəti hər gün kəskin şəkildə aşağı düşür. Xüsusilə də manatın son devalvasiyasından sonra bu vəziyyət son həddə çatıb. Müəyyən insanlar var ki, onlar artıq aclıq həddində yaşayırlar və acından ölməmək üçün bu cinayətləri törətməyə məcbur olurlar”.
650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:06