Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

Azərbaycanlı "ət kralı"nın meyiti tapılıb

Rusiyada yanvar ayında oğurlanan "ət kralının" meyiti tapılıb.  "Ət kralı" adlandırlan Barat Əkbərov Surqut şəhəridə qaçırılmışdı.

Üç aylıq axtarışdan sonra onun cəsədi İşiş yaxınlığında aşkar edilib. Yaxınları artıq onun meyitini tanıyıblar.
Meyit ölümün səbəbi və vaxtını öyrənmək üçün tibbi ekspertizaya göndərilib.

Xatırladaq ki, ət məhsullarının istehsalı ilə məşğul olan 49 yaşlı biznesmenin qaçırılması ilə bağlı artıq cinayət işi açılmışdı.

Hadisə yanvarın 16-da Surqut şəhərində baş verib. Belə ki, B.Əkbərov yaxınlarına zəng edərək evə gəldiyini deyib. Lakin nə qədər gözləsələr də o gəlməyib.

İlkin məlumata görə, iş adamı maşınını həyətda saxlayıb. Bu zaman ona bir necə nəfər naməlum şəxs hücum edib və "Moskviç 2141" markalı maşına salaraq aparıblar. Maşının Azərbaycan vətəndaşına məxsus olduğu deyilir.

Onun maşının yaxınlığında qanlı papaq tapıblar./ans/
719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...