Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

İnsan əsəbiləşəndə nələr baş verir?

İnsan bəzən ən kiçik bir məsələyə belə əsəbiləşə bilər.

Xüsusilə tıxacda qaldıqda və ya gün ərzində heç bir iş yolunda getməyəndə əsəblərimizi cilovlamaqda çətinlik çəkirik. Bəzən ağzımızdan kobud söz çıxır, bəzən də şiddətin başqa növlərinə müraciət edirik. Ancaq mütəxəssislər bildirirlər ki, əsəb ən çox insanın özünə zərər verir.

Əsəb orqanizmə zərbə vurur və sağlamlığımızı təhlükə altında qoyur.

Əsəbiləşəndə orqanizmdəki stress hormonları qan təzyiqinin yüksəlməsinə səbəb olur. Bu da ürəyin daha sürətlə döyünməsinə və təngnəfəsliyə gətirib çıxarır.

Əgər tez-tez əsəbiləşirsinizsə, deməli ürəyinizə zərər verirsiniz.

Əgər ürək xəstəliyindən əzab çəkirsinizsə, əsəbiləşmək, özündən çıxmaq sizin üçün daha pis nəticələnə bilər. Ancaq ürəyində heç bir problem olmayan insan belə mütəmadi olaraq stress keçirdikdə infarkt təhlükəsiylə üzləşə bilər.

Əsəb və stress ən təhlükəli xəstəliklərin yaranma səbəbləridir.

Əsəbiləşdikdə üzünüzdə müəyyən mimikalar yaranır. Bu mimikalar bir müddət sonra qalıcı hal alır.

Gözdə, dodaqda və əllərdə titrəmə, əsmə əsəblərinizin həddən artıq korlandığından xəbər verir.

Qeyd edək ki, ən tez qırışan bölgələr də elə gözlər, qaş və dodaq kənarlarıdır. Deməli əsəbləşsəniz belə mümkün olduğu qədər özünüzə nəzarət etməli, problemi sakit şəkildə həll etməlisiniz.

Bir çox insan əsəb keçirdikdə dişlərini sıxır. Bu instikdir. Yəni, həmin insanlar dişlərini sıxdıqlarının fərqində belə olmurlar. Ancaq dişləri sıxmaq ciddi problemlərə səbəb ola bilir. Baş ağrısı çox vaxt bundan qaynaqlanır. Diş minası korlandığı üçün diş sağlamlığı da təhlükəyə atılır.

Boyun əzələlərində müşahidə edilən kiçik yumru şişlər də həddən artıq əsəb və stress nəticəsində yaranır.
720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 09:08