Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

Tofiq Yaqublu evində - Fotolar

Xəbər verildiyi kimi, bu gün siyasi məhbus Tofiq Yaqublu saat 16 radələrində azadlığa buraxılıb və Qaraçuxur qəsəbəsindəki evinə gətirilib.

Onun sözlərinə görə, evinin qarşısında T.Yaqublunu əzizləri və dostları qarşılyıb. Qarşılama zaman duyğusal anlar yaşanıb, onu qarşılayanlar övlad itkisinə məruz qalmış Tofiq Yaqublunu ovundurmağa çalışıblar.

Qeyd edək ki, qızının vəfatı ilə bağlı Tofiq Yaqublunun 7 günlüyə azadlığa buraxılması dünəndən gözlənilsə də, onun azad edilməsi yubadılıb, yalnız günortadan sonra baş tutub.

Xatırladaq ki, ailə üzvlərindən biri dünyasını dəyişən, yaxud ağır xəstə olan məhbusun müvəqqəti olaraq azadlığa buraxılmasına dair müddəa müvafiq qanunvericilkdə nəzərdə tutulur./müsavat/




518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber