Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

“Ceyş əl-İslam” terrorist qrupunun başçısı Zəhran Əlvəş Türkiyədə müşahidə olunub!

Nur-az.com abna.ir-a istinadən:
Suriyada fəaliyyət göstərən “Ceyş əl-İslam” terrorist qrupunun başçısı Zəhran Əlvəş ötən günlərdə Türkiyənin İstanbul şəhərində müşahidə olunub. Dəfələrlə terrorizmlə mübarizə apardığını iddia edən Türkiyə hələlik bu haqda bir məlumat bildirməyib. Onun Türkiyəyə səfəri barədə dəqiq bir xəbər yayılmasa da, xaricdən qüvvə və yardım toplama məqsədi güddüyü ehtimalı çoxdur.
Suriyanın ən qatı vəhhabilərindən sayılan 44 yaşlı Zəhran Əlvəş dəfələrlə həbsdə olmuş, ölkədə iğtişaşlar baş qaldırdığı zamandan “Siryə əl-İslam” terrorist qrupunu təşkil edərək sonralar fəaliyyətini genişləndirməklə onu “Ceyş əl-İslam” adı ilə əvəz etmişdir.
Hal-hazırda Ceyş əl-İslam Dəməşq ətrafı məntəqələrdə yerləşən ən fəal və tam hərbi təchizata malik terrorist qruplarından sayılır və indiyədək şəhərin dinc əhalisinin başına bomba yağdırmaqla böyük cinayətlər törədib.
548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber