Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

İŞİD liderinin ölümü təsdiqləndi

İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində yeni “xəlifə” sədaqət andı içiblər.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu, qruplaşmanın lideri Əbubəkir əl-Bağdadinin ölümünün təsdiq olunmasından sonra baş verib.

Məlumata görə, bir neçə gün əvvəl hava zərbəsi nəticəsində yaralanan əl-Bağdadi Suriyanın Rakka şəhərində cəhənnəmə yola salınıb.

Qruplaşmanın yeni lideri əvvəllər “Əl-Qaidə”nin İraqdakı “məşvərət şurasının” sədri Əbdürrəhman əl-Əfri seçilib.
590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber