Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Milli Şura növbəti mitinqə hazırlaşır

Mayın 3-də yenidən «Talana son» deyiləcək

2015-ci ilin birinci rübü Azərbaycan vətəndaşları üçün ağır xəbərlərlə əlamətdar oldu. Neftin qiymətinin düşməsi kifayət etdi ki, hakimiyyətin inkişaf nağılları ifşa olunsun. Elə ilk mərhələdə bazarda qiymətlər qalxdı, milli valyuta 34 faiz ucuzlaşdı, əhalinin əmanətlərinə zərbə dəydi və ixtisarlara start verildi.
Amma əhalinin bu qədər ağır vəziyyətlə üzləşməsi hakimiyyətin israfçı siyasətini durdurmadı. Əksinə, Avropa oyunlarına 8 milyard pul xərcləndi, Gül bayramına milyonlar xərclənməsinə start verildi, ölkə başçısının vədlərinə baxmayaraq qiymətlərdə artım davam etdi və məmurların monapolist fəaliyyəti qüvvədə qaldı. Yəni, vətəndaşın sosial-iqtisadi vəziyyətinin ağırlaşması hakimiyyəti qətiyyən maraqlandırmadı və hər hansı əməli addım atılmadı.
Bütün bunlara etiraz əlaməti olaraq martın 15-də Milli Şura “Talana son” şüarı ilə mitinq keçirdi və hakimiyyətin yarıtmaz siyasətinə etiraz etdi. Amma talançılıq davam etdiyinə görə Milli Şura aprelin 5-də də eyni adlı şüarla mitinqlər seriyasını davam etdirdi. Mitinqdə ölkə vətəndaşının ağır durumuna diqqət yönəldildi və hakimiyyətdən israfçılıqdan əl çəkmək, ölkənin sərvətlərini talan etməmək tələb olundu. Amma vəziyyət getdikcə ağırlaşır və əvvəlki anti-xalq siyasəti davam edir. Hakimiyyət bu ağır şəraitdə də öz şəxsi maraqlarından, mənfəətindən imtina etmir.
Ona görə də Milli Şura mayın 3-də növbəti mitinq keçirmək qərarı verdi. Artıq mitinq üçün BŞIH-ə müraciət ünvanlanıb və mitinq hazırlıqlarına start verilib. Bu dəfə də mitinq “Talana son” şüarı ilə keçiriləcək. Mitinq komitəsindən verilən məlumata görə ölkəni sosial-iqtisadi böhranın təhdid etdiyi bir dövrdə “Talana son” əsas şüar olmalıdır. Çünki, sürətli talançılıq, israfçılıq, ölkə sərvətlərinin mənasız layihələrə xərclənməsi ölkəni daha ağır böhranla təhdid edir və vətəndaşın sabahkı təminatı sıfırın altına düşür.
Mitinq komitəsindən onu da bildirdilər ki, artıq təbliğat işlərinə start verilib, bir neçə gündən sonra sosial şəbəkələrdə də mitinqin təbliğatına başlanılacaq. Eyni zamanda bu dəfə daha çox insanın məlumatlandırılması, daha geniş maarifləndirmə işi aparılması nəzərdə tutulur.
Təbii ki, bu bir seçki mtinqi deyil və birbaşa vətəndaşın taleyi, ölkənin gələcəyi ilə bağlıdır. Ona görə də ölkə vətəndaşları baş verənlərə biganə qalmamalı və hakimiyyətdən izahat tələb etməlidir. Əks halda Avropa oyunlarından sonra vətəndaşlar daha ağır imtahanlardan keçməli olacaq. Məhz buna görə də vətəndaşlar mayın 3-də mitinq meydanında olmalı və talançılığa “dur” deməyi bacarmalıdır./azadlıq/
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31