Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

“Müdirim məni döyüb işdən qovdu”

Bakı sakini “Suraxanı-Oyl Əməliyyat” şirkətində qanunsuzluqla üzləşib
“3 ildir ”Surakhan OyL Opereyşn Compani S.A." (“Suraxanı-Oyl Əməliyyat”) şirkətində sürücü işləyirdim. Qarajın müdiri Rövşən Mikayılov məni döyərək işdən çıxardıb".
Bu sözləri Bakı şəhər sakini Rauf Səfərəliyev redaksiyamıza gələrək deyib. Şikayətçi qaraj müdirinin ona qarşı haqsızlıq etdiyini deyir: “Noyabrın 19-da qarajın direktoru Rövşən Mikayılov məni xidməti otağına çağıraraq təhqir etdi. Məndə onun təhqirinə cavab verdim. Bu zaman onuna üzbəüz dayanmışdım. O, qəfildən sağ əli ilə mənim sol tərəfdən baş nahiyəmdən yumruqla vuraraq ”buranın ağası mənəm, mən deyən olmalıdır" deyərək hədələdi. Bu zərbədən sonra özümü pis hiss etdiyim üçün Sabunçu Rayon 3 saylı xəstəxanaya getdim. İlkin ambulator yardım aldıqdan sonra evə gəldim. Rövşən Mikayılova mənə əl qaldırdığı üçün qanun qarşısında cavab verəcəyini bildirdikdə, o mənə hansısa bir kağıza qol çəkdirdi və dedi ki, get evə, həftənin 1-ci günü işə çıxarsan, elə bil belə hadisə olmayıb. Həftənin 1-ci günü işə gələndə Rövşən Mikayılov mənə işdən azad olunduğumu bildirdi. Bu haqsızlıqla bağlı şikayət edəcəyimi dedikdə isə o, mənə “hara şikayət etsən də xeyri yoxdur. Ona görə ki, bu işin üstündən artıq bir neçə gün keçib, həm də mənim pulum və adamım var. Get nə bacarırsan elə” dedi".

Şikayətçi ona qarşı edilən bu haqsızlıqla bağlı prezidentə və digər aidiyyəti qurumlara müraciət etdiyini, ancaq hələ ki bir cavab almadığını bildirdi. Şikayətçi sonda aidiyyəti qurumlardan Rövşən Mikayılovun bu özbaşınalığının qarşısının alınması üçün tədbir görülməsini və işinə geri qaytarılması üçün ona yardımçı olmalarını xahiş etdi./musavat/
1964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 1