Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

ABŞ-da qarşıdurma: Ermənilər azərbaycanlıya hücum etdi

Qondarma erməni “soyqırımı”nın 100-cü ildönümü və Çanaqqala zəfəri ilə əlaqədar ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə səfirliyi qarşısında keçirilən aksiyalarda ermənilər və türklər arasında qarşıdurma yaranıb.

Aksiyada bir qrup erməni azərbaycanlıya hücum edib. Əlində türk bayrağı tutaraq maşını ilə nümayişçilər arasından keçmək istəyən azərbaycanlı ermənilər tərəfindən saxlanılaraq hücuma məruz qalıb. Maşının içindəki bayrağı alan ermənilərə aksiyada iştirak edən türklər də müdaxilə edib. Nəticədə qarşıdurma yaranıb. Qarşıdurmanı yatırtmaq üçün əraziyə polis qüvvələri cəlb olunub. Hadisəyə görə hələlik kimliyi açıqlanmayan Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

Daha sonra aksiya polisin nəzarətilə axşam saatlarında başa çatıb.
541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP