Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Sadə yolla qaraciyərin təmizlənməsi

Bu resept gündəlik edilsə, 1 həftəyə öz effektini göstərəcək və 1 aya qaraciyərə kömək edəcək. Deməli, hər gün 1-2 xörək qaşığı (x.q) bitki yağı və yarım limon qarışdırılıb içiləcək.

Bu qarışıq hətta bir ömür boyu qəbul edilə bilər, lakin verilən dozadan artıq qəbul etmək qətiyyən olmaz. Uşaqlar üçün istifadə etmək istəsəniz, 1-2 çay qaşığı bitki yağı və 1 x.q. şirə gün ərzində içilir.

Bu qarışıq necə təsir göstərir?
Bu dərman bağırsağın hərəkətini stimulaşdırır, ödün funksiyasını aktivləşdirir, ödü yuyur, qaraciyərdəki piyi əridir, bütün zərərli maddələri orqanizmdən çıxarmağa kömək edir. Həmçinin piyləri parçalayır və bağırsaqlardakı zərərli qalıqları orqanizmdən uzaqlaşdırır.

Hansı bitki yağı seçilməlidir?
Qaraciyərə ən gözəl təsir edən zeytun yağıdır deyə, bu dərmana da zeytun yağı (rafinə olunmamış, yəni emal edilməmiş) qatılması tövsiyyə olunur. Zeytun yağı həm xolesterini əridir, həm də ürək-damar sistemini gücləndirir. Bu resepti başqa yağlarla da içmək xüsusi effekt verir. Ürək troblarını təmizləmək üçün günəbaxan yağı çox təsirli olur. Kətan toxumu yağı ilə piyləri əridərək çox gözəl arıqlamaq olur. Qarğıdalı yağı ilə əvəzləsək, tərkibində E vitamini bol olduğu üçün cavanlığı, gözəlliyi qorumaq olar.

Bitki yağı hansı şirə ilə içilsə, daha effektli olar?
Ən yaxşısı limon şirəsi ilə içmək məsləhətdir. Limon şirəsi ödə, tənəffüs yollarına, immun sisteminə müsbət təsir edir, prostat xəstəliyinin qarşısını alır, əzələləri təmizləyir, sidik kisəsindəki qumların, daşaların, əriməsini təmin edir.
Limon şirəsini mərcan (klyukva) şirəsi ilə əvəzləmək orqanizmin enerjisini artırır və toksinlərdən təmizləyir.
Qreypfrut şirəsi isə həzmi yaxşılaşdırır, yüksək qan təzyiqini azaldır, ürək, qan-damar sisteminə kömək edir.

Müalicənin keyfiyyəti?
Hər gün bu dərmanı qəbul etməklə, həzm sisteminin işi rahatlaşacaq, dəri təmiz, gözəl olacaq, rahat nəfəs alacaq. Qan fabriki olan qaraciyər bu reseptlə rahatlıq, təmizlik tapacaq. Deməli, orqanizmimiz də təmiz qanla işləyəcək. Hüceyrələr, orqanlar bu reseptlə çox gözəl qidalanacaq.
Bu da onu göstərir ki, orqanizm daim sağlam işləyəcək. Ürək möhkəmlənəcək və sən həmişə enerjili olacaqsan.
Qaraciyəri təmizləmək üçün bu resepti tətbiq edin və çox yaxşı nəticələrini görəcəksiniz.
673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı