Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Ruhani Abgül Süleymanovun səhhəti yaxşılaşır

Hicab məhbusu, ilahiyyatçı Abgül Süleymanov 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində saxlanılır

Hicab məhbusu, ilahiyyatçı Hacı Abgül Süleymanovun səhhəti yaxşılaşır. Bu barədə İslamazeri.az-a hicab məhbusunun vəkili Bəxtiyar Hacıyev məlumat verib. O bildirib ki, A.Süleymanovun dişlərində yaranan narahatlıq artıq həll olunur. Onun dişləri və damağı müalicə edilir: "Əməliyyatdan çıxandan sonra, bədəninin əməliyyat olan hissəsində də heç bir ağrı hiss etmir. Hazırda vəziyyəti demək olar ki, normaldır. İkinci dərəcəli damaq xəstəliyinin də aradan qaldırılması üçün həbsxana daxilində müalicəsi davam etdirilir". Vəkil qeyd edib ki, ilahiyyatçının başqa heç bir şikayəti yoxdur. O, hazırda qapalı həbsxanada xüsusi cəza rejimli kamerada saxlanıldığı üçün ailəsi və yaxınları ilə görüşə bilmir: "Hazırda cərimə kamerasında olduğu üçün ona heç kimlə görüşməyə icazə verilmir. Həm də yaxınlarının ona sovqat və digər mətbuat nümunələri gətirməsinə icazə verilmir. Amma həbsxanaya göndərilən müəyyən mətbuat nümunələrini- qəzetləri, jurnalları əldə edə bilir. Xüsusi cəza rejimli kameradan çıxandan sonra isə yaxınları ilə görüşdüyü zamanı yaxınlarının ona gətirdiyi istənilən mətbuat nümunəsini əldə edə bilər". Qeyd edək ki, Abgül Süleymanov barəsində cərimə tətbiq olunaraq 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. Ona 6 aylıq xüsusi cəza tətbiq edilib.
557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...