Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Rusiya Azərbaycanı və 5 ölkəni hədələdi

Riqa sammiti postsovet ölkələrini seçim qarşısında qoyub

Aleksandr Lukaşeviç: «Sammiti anti-Rusiya aktı hesab edir və buna “kifayət qədər sərt, prinsipial” reaksiya verəcəyik»
Rəsmi Moskva gələn ay Latviyanın paytaxtı Riqada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə qatılmaq istəyən ölkələri hədələyib. "İnterfaks"ın məlumatına görə Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç belə bəyanatla çıxış edib. (virtualaz.org)
Aleksandr Lukaşeviç bildirib ki, Moskva "Şərq tərəfdaşlığı"nın may ayında Riqada keçiriləcək sammitini anti-Rusiya aktı hesab edir və buna "kifayət qədər sərt, prinsipial" reaksiya verəcək.
Riqa sammitinə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünə qoşulan Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan prezidentləri dəvət olunub. Belarus prezidentinin də sammitə dəvət alacağı gözlənilir. Diplomat əlavə edib ki, rəsmi Moskva sammitə "olduqca mənfi" yanaşır, bununla belə Rusiya XİN sammitin gedişini izləyəcək. "Lakin artıq aydındır ki, bizim mövqeyimiz kifayət qədər sərt və prinsipial olacaq. Çünki biz görürük ki, bu tərəfdaşlıq hara gedir və bu proqramın iştirakçılarının, hər şeydən əvvəl Avropa İttifaqının mövqeləri nəzərə alınmaqla kənardan hansı çalarlar kəsb edir"- deyə Lukaşeviç bildirib.
615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı