Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Nikolas Maduro ona meyvə atana ev verdi

Venesuela prezidenti Nikolas Maduro ona manqo atan qadına ev verib. Bu barədə The Guardian yazır.

Məsələ burasındadır ki, qadın atdığı manqonun üstündə prezidentə məktub yazıb və yaşadığı pis vəziyyətdən şikayət edib.

Vəziyyətlə əlaqədar prezidentin açıqlaması da maraqlı olub. O bildirib ki, qadın prezident sarayına çağrılanda qorxuya düşüb.

“Marleni Olivonun evlə bağlı problemi olub. Biz onu çağırdıq. Qadın əvvəlcə çox qorxub və eşitdiklərinə inanmayıb. Marleni Venesuelanın böyük yaşayış missiyası çərçivəsində ev verilməsinə razılıq vermişəm”- deyə Maduro bildirib.

Bundan əlavə prezident ona atılan meyvəni yeyəcəyinə də söz verib./ans/
561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07