Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Murad Ədilova verilən işgəncə iki dövlət müəssisəsini üz-üzə qoydu

AXCP fəalının məhkəməsində polis «qırımızı şahidliyi» ilə yaddaşlara düşdü

AXCP üzvü, siyasi məhbusÿMurad Ədilovun işi üzrəÿLənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə növbəti proses keçirilib. Murad Ədilovu prosesdə vəkillər Yalçın Imanov və Əlayif Həsənov müdafiə edib.
Budəfəki prosesdə müdafiə tərəfinin şahidi Cavid Əzizovla məhkəmənin öz təşəbbüsü ilə şahid kimi dəvət etdiyi Sultanov Vaqif çarpaz dindirilib. Cavid Əzizov Murad saxlanarkən onun yanında olan kəndçisidir. Ötən məhkəmədə o, saxlanma prosesindəki qanunsuzluqlar barədə ifadə verərək demişdi ki, həmin gün (11 avqust) onlar əkin sahəsinə gedərkən mülki geymlilər onlara hücum edib. Heç bir özünü təqdimetmə olmadan Muradı zorla başqa maşına oturdub aparıblar. Həmin şəxslərdən biri Cavidə qarşı da zorakılıq edib, hətta onun üstünə bıçaq çıxarıb. Bu zaman Cavid idarə etdiyi maşından açar götürərək özünü müdafiə etmək istəyəndə sahə müvəkkili Vaqif Sultanov yanında da iki nəfər mülki geyimli ilə qara “Jiquli”də ora özünü çatdırıb deyir ki, “Cavid, nə edirsən, bunlar polisdi”. Bundan sonra o, Cavidi öz avtomobilinə oturdub polis idarəsinə aparır. Orda onu birinci mərtəbədə gecəyə qədər saxlayıb, sonra “sənlik bir şey yoxdur” deyib sərbəst buraxırlar.
Vaqif Sultanov məhkəmə zamanı ona qarşı irəli sürülən fikirləri rədd edib və ümumiyyətlə, həmin gün xəstə olduğu üçün hadisə yerində olmadığını deyib. Onun bu qırmızı yalanı Murad Ədilovu hiddətləndirib, o, polis zabitinə “yalanla, nakişiliklə yaşamaqdansa, ölmək yaxşıdır” deyib və onu düzgülüyə çağırıb.
Vəlik Əlayif Həsənov Vaqif Sultanovdan soruşub: “Necə olur ki, polis nəzarətində olan bir şəxs, sizin iddia etdiyiniz kimi, bu qədər narkotik vasitənin dövriyyəsi ilə məşğul olur və sizin bundan xəbəriniz olmur.”
Vaqif Sultanov isə bu suala heç bir məntiqli cavab verə bilməyib.
Vəkillər vəsatət qaldırıb ki, Vaqif Sultanovun həqiqətən də hadisə zamanı orada olub-olmamasını araşdırsın. Bunun üçün Vaqifin istifadə etdiyi mobil telefona avqustun 11-də gələn və ondan gedən zənglər və məkan məlumatları sorğu ilə mobil operatordan alınsın. Məhkəmə bu vəsatəti təmin edib.
Daha sonra vəkillər iki vəsatətlə çıxış edib. Onlardan biri guya Murada məxsus olan narkotik vasitənin mənbəyi ilə bağlı ayrılmış cinayət isinin istintaqının hazirda hansı vəziyyətdə olması, hansı əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı Baş Mürtəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə soğu yollamağa dair idi. Məkhəmə bu vəsatəti də təmin edib.
Növbəti vəsatətdə vəkil Yalçın Imanov Muradın həbsi ərəfəsində və elə həmin gün bir sıra hakimiyyətyönlü KIV-də onun qardaşı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilova həsr edilən məqalələrə toxunub. Bildirib ki, bu yazılarda, yazıların tonunda Natiq Ədilov hədələnir, onun barəsində “ölçü götürməyin zəruriliyi” qeyd edilir. Müdafiə tərəfi bu səbəbədən də hesab edir ki, həmin yazılar Murad Ədilovun təqsirləndirildiyi cinayət işinin materiallarına əlavə edilməli, tədqiq olunmalı, Murad Ədilovun həbsi bu kontekstdə araşdırılmalıdır. Məhkəmə bu vəsatəti təmin etməyib.
Məhkəməyə şahid kimi dəvət edilən Sabirabad rayonundan olan vəkil Səxavət Məmmədli prosesə gəlməyib. Onun növbəti prosesə gəlməsi ilə bağlı növbəti dəfə qərar qəbul edilib. Bu şahid müdafiə tərəfi üçün xüsusi əhəmiyyət daşıyır. Çünki o, qanunsuz olaraq Muradın saxlanılmasında hal şahidliyi edib. Onun üzərindən guya narkotik çıxdığını imzası ilə təsdiqləyib.
Məhkəmə prosesində Kürdəxanı Təcridxanası və “Bantotdel”ə Murad o idarələrə daxil olarkən üzərindən hansısa xəsarət izlərinin olub-olmaması ilə bağlı göndərilən sorğulara verilən cavablar da açıqlanıb.
Kürdəxanı Təcridxanası Murad ora gətirilərkən sol budunda xəsarətin olduğunu təsdiq edib. “Bantotdel” isə heç bir xəsarətin olmadığını bildirib.
Məhkəmə prosesi 30 aprel saat 11.30-da davam edəcək ./azadlıq/
609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı