Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

Müqtəda Sədr "Mehdi Ordusu"nun icazəsiz paradına görə açıqlama yaydı

"Bu paradda iştirak edən şəxslər bizim hərəkatımız və ordumuzdan xaric olacaqdır"

İslamazeri.az-ın “Tnews”-a istinadən verdiyi xəbərə əsasən, Müqtəda Sədr "Mehdi Ordusu"nun Diyalə filialının müvəqqəti olaraq bağlanmasını istəyib.

İraqın Sədr hərəkatının lideri Seyid Müqtəda Sədr bu qərarı ordunun əl-Miqdadiyyə bölgəsində etdiyi paraddan sonra qəbul edib.

O bu barədə bildirib: “Bu parad bizim vəhdət yaratmaq hədəflərimizlə uyğun gəlmir və bizim əmrimiz olmadan təşkil olunub. Bu paradda iştirak edən şəxslər bizim hərəkatımız və ordumuzdan xaric olacaqlar. İtaəti olmayan bu şəxsləri fəaliyyətlərdə iştirak etməyə qoymaq olmaz. Sədr hərəkatına bağlı olan bütün müəssisələrdə Diyalə bölgəsində 3, İraqın digər bölgələrində isə 1 gün tətil olacaq.”
1727 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber