Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Zəlzələ qurbanı sayı 600-ü keçdi

Bu gün baş vermiş təkanların maqnitudası 7,9 bal gücündə olub
Nepalda zəlzələdən ölənlərin sayı 618-ə çatıb.

Bu barədə Nepal daxili işlər nazirliyi məlumat verib. Daha öncə, hakimiyyət 597 nəfərin öldüyünü bildirmişdi.

Nepalın paytaxtı Katmandu yaxınlığında güclü zəlzələ baş verib. Təkanların maqnitudası 7,9 bal gücündə olub. Yerin iki kilometr dərinliyində baş verən təkanlar paytaxt Katmandunun 77 kilometr şimal-qərbində qeydə alınıb.

Zəlzələ nəticəsində Katmandudaki bəzi binalar dağılıb. Qonşu Hindistan və Pakistanda da hiss edilən təkanlar ciddi zərərə səbəb olub. Ancaq rəsmilər insan təlafatı və itkilər barədə hələlik açıqlama vermir.

Qeyd edək ki, ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) zəlzələnin gücünü daha əvvəl 7,5 bal olaraq açıqlamışdı. Daha sonra yayımladığı məlumatda təkanların 7,9 bal olduğunu qeyd edib.
455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı