Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Ramadi şəhəri İŞİD-dən təmizləndi

Ənbar vilayətinin mərkəzi Ramadi şəhərinin İŞİD terrorçularından təmizləndiyi bildirilir. Ancaq 3 cəbhədə hələ də toqquşmaların davam etdiyi vurğulanıb.
Rasthaber-in verdiyi xəbərə görə, Ramadi qubernatoru Dələf Kubəysi mətbuata açıqlamasında şəhər mərkəzinin təhlükəsizlik qüvvələri tərəfindən tamamilə azad edildiyini qeyd edib.
"Təhlükəsizlik qüvvələri Ənbarın işğaldan azad edilməsilə bağlı əməliyyat keçirdi. Əməliyyat çərçivəsində təxminən 60 İŞİD yaraqlısı zərərsizləşdirildi”, - deyə Kubəysi bildirib.
Ənbar parlament sədrinin müavini Falih İsavi isə təhlükəsizlik qüvvələrinin dünən Ramadidə olan doğum evinin təhlükəsizliyini təmin etmək üçün əməliyyata başladığını söylədi. O, Sufiyə bölgəsində əməliyyatların davam etdiyini bildirib.
"Ramadinin 60 kilometr şərqindəki Qərmə rayonunda təhlükəsizlik qüvvələri nəzarəti qismən təmin edə bilib. Fəllucə ilə əlaqəli yolu isə tamamilə İŞİD-dən təmizləyiblər”, - deyə Falih İsavi qeyd edib.
Qeyd edək ki, İŞİD terror təşkilatı aprelin 15-də Ramadinin Əlbu İsa və Əlbu Fərəc bölgələrinə hücum edərək işğal edib./deyerler/
536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP