Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

İran 2016-ci ilədək öz istehsalı olan S-300 raketlərini sınaqdan keçirməyi planlaşdırır

İran 2016-ci ilin mart ayınadək S-300 zenit-raket komplekslərinin yerli analoqu olan "Bavar-373" komplekslərini sınaqdan keçirməyi planlaşdırır.

"RİA Novosti"nin verdiyi xəbərə görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan bəyan edib ki, "Bavar373" zenit-raket kompleksləri gələn ilin mart ayına qədər sınaqdan keçirəcək.

İran 2010-ci ildə Rusiyanın S-300 zenit-raket komplekslərinin funksiyasını yerinə yetirən öz raket komplekslərinin istehsalına başlaması haqqında məlumat vermişdir.

"Biz S-300 zenit-raket komplekslərinin öz analoqumuzu gələn ilin mart ayınadək sınaqdan keçirəcəyimizə ümid edirik", - deyə o, bildirib.

Bununla yanaşı İranın ali hərbi komandanlığının sədri general Əhməd Rıza Purdəstan bəyan edib ki, "Bavar-373" zenit-raket kompleksləri S-300 raketlərindən daha güclü və inkişaf etmiş formasıdır. Bu sistem tamamilə İranda istehsal olunub", - deyə o, bildirib./deyerler/
553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 16:51