Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Suriya ordusu terrorçulara qarşı uğurlu əməliyyatlarını davam etdirir

İslamidavet-in verdiyi xəbərə görə, Suriya ordusu Nusra Cəbhəsi terrorçularının Kuneytra məntəqəsindəki mövqelərini bombalaması nəticəsində onlarla terrorçunun öldüyü və yaralandığı qeyd olunur.

Suriya Hərbi Hava Qüvvələri daha bir uğurlu əməliyyatını Rəqqada reallaşdırıb. Belə ki, Suriya döyüş təyyarələri İŞİD yaraqlılarının Rəqqa şəhərinin Kreyn rayonunda “Bağdadinin Aslanları” adlı hərbi düşərgəni bombalayaraq 123 terrorçunu məhv edib.

Suriya ordusunun İdlib əyalətində keçirdiyi əməliyyatda aralarında Əbu Məhəmməd Əl Tıbbiyənin də olduğu 10 terrorçu öldürülüb.

Bu arada Suriya ordu qüvvələri paytaxt Dəməşqin Cober və Zemlika rayonlarına yerləşmiş terrorçuları hədəfə alaraq onlarla terrorçunu öldürüb.

Suriya döyüşçüləri İdlibin Ceyşus-Suğur qəsəbəsi ətrafında Əcnadi Şam Qoşunları adlı qruplaşmanın yaraqlılarına pusqu quraraq onlardan 16 nəfərini öldürüblər.

Digər tərəfdən Suriya ordusu Hələb şəhərində aralarında Ceyşul-İslam qoşunları komandirlərindən Mustafa Alluşla birlikdə 15 terrorçunu öldürüblər./deyerler/
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...