Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

Gülər Əhmədova hakimiyyətlə danışıqlara gedir

Sabiq deputatın axırıncı məhkəmədə son sözlə çıxış etməməsinin pərdə arxası

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın növbəti prosesi keçirilib. Sabiq deputatın vəkili Əfsər Talıbov prosesdə müdafiə çıxışı edib və son söz üçün söz G.Əhmədovaya veriləndə danışmaqdan imtina edib. Sabiq deputat bunu səhhətinin ağırlığı və çıxışa hazır olmaması ilə əlaqələndirsə də, əslində reallıq fərqlidir.

Redaksiyamıza daxil olan məlumata görə, artıq qərar hazırdır və G.Əhmədovaya 2 və ya 3 il həbs cəzası veriləcək. Qərardan xəbərdar olan sabiq deputat isə onun səsləndirilməsini yubatmaq və əlaqədar instansiyalarla danışmaq üçün vaxtı uzadır. G.Əhmədovanın nümayəndələrinin hazırda hakimiyyətin yüksək eşelonundakı şəxslərlə danışıqlara girdiyi barədə xəbərlər var. O, hansı yolla olursa olsun, türmədən çıxmaq istəyir. Şərti azadlıqla bağlı hökm verilməsini istəyən sabiq deputat buna nail olmaq üçün bütün güclərini səfərbər edib. Hətta onun son dönəmlərdə səhhətinin yenidən, qəfil pisləşməsinin arxasında da bu gözlənilməz xəbərin dayandığını iddia edənlər var.

Xatırladaq ki, G.Əhmədova məhkəmə prosesi başlayandan bəri özünü gözləniləndən daha sakit və təmkinli aparır. Sabiq deputat daha çox istintaqı, keçmiş həmkarlarını, Sevinc Babayevanın qohumlarını ifşa xəttini tutub. O, hakimiyyət, YAP rəhbərliyi barədə mənfi hər hansı fikir söyləməyib. Həbsindən öncə “ağzımı açdırmayın” hədəsi isə sadəcə söz olaraq qalıb. Hətta ABU-nun sabiq rektoru Elşad Abdullayevin məhkəmə başlayan zaman onun haqqında “Gülər Əhmədova bütün həqiqətləri açıqlayacaq” anonsu özünü doğrultmadı.
Hər şey qarşıdakı 3-4 gün ərzində həll ediləcək. Sabiq deputatın taleyi bu günlər ərzində keçiriləcək görüş və danışıqlardan asılıdır./musavat/
1799 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...