Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2015

Tale Bağırova qarşı təzyiqlər var

Tale Bağırova saxlanıldığı həbsxanada təzyiqlər davam edir.

Bu barədə AzadXeber.az-a ilahiyyatçının yaxınları məlumat verib.

Belə ki, onun yaxınları ilə görüşünə icazə verilmir, eyni zamanda saxlanıldığı Qobustan qapalı tipli həbsxanasında heç bir səbəb olmadan T.Bağırovun əlinə qandal vurularaq təzyiqlərə məruz qalır.

Xatırladaq ki, ilahiyyatçı T.Bağırovun Qobustan qapalı tipli həbsxanaya göndərilməsi qərarı verilsə də, bu qərar məhkəmə tərəfindən qüvvəyə minməmiş sözügedən prosedur həyata keçirilib. Bu səbəbdən vəkil Cavad Cavadov Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevə müraciət edib. Vəkilin müraciətinə cavab verilməyib.
964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber