Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2015

Əl-Ənbarın azad olunmasına gəldikdə - İki şərtimiz var!

“Təll-əfr” və “Səhl Neynəva” məntəqələrinin azadlığında hökmən iştirak edəcək, lakin əl-Ənbarla əlaqədar iki şərtimiz var!

Nur-az.com shia-news.com-a istinadən:
“Əhl əl-həqq” batalyonlarının baş komandiri şeyx Qeys əl-Xəzəli ona tabe olan qüvvələr əhalisinin əksəriyyəti şiə olan “Təll-əfr” və “Səhl Neynəva” məntəqələrinin azadlığında hökmən iştirak edəcəyi və lakin əl-Ənbarla əlaqədar iki şərtin olduğunu bildirib: “Birincisi, bu əməliyyat əl-Ənbarın əhalisi və tayfaları tərəfindən dəvətə bağlıdır, ikincisi, koalisiyanın qüvvələri qətiyyən işə qarışmamalıdır. Amma “Təll-əfr” və “Səhl Neynəva” məntəqələrinə gəldikdə isə, artıq oranın əhalisi “Əhl əl-həqq”lə tam həmkarlığa razı olduqlarını elan ediblər.”

İŞİD-in əl-Ənbar vilayətinə son hücumlarından sonra əksər şəhər və kəndlərdən 150 minə yaxın əhali cənuba – Bağdada və digər təhlükəsiz ərazilərə doğru üz tutub. Verilən son məlumata əsasən, artıq beş mindən çox ailə Bağdada daxil olaraq şəhərin hüseyniyyə, məscid və düşərgələrində yerləşdirilib.
696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber