Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2015

İŞİD-in onlarla terrorist üzvü öz gizli tunellərində dəfn olub!

Nur-az.com shia-news.com-a istinadən:
İraqın Kürdüstan Vətən İttifaqı Partiyasının mətbuat katibi Qiyas Surçi bildirib ki, birləşmiş koalisiyanın hava qüvvələri Səncar məntəqəsində qazılmaqda olan bir tunelə zərbə endirməklə İŞİD-in onlarla terrorist üzvünü məhv ediblər. Bu əməliyyat kürd ön cəbhə qüvvələrinin verdiyi dəqiq məlumat əsasında həyata keçib.
İŞİD, adətən, qüvvələrini yerbəyer etmək üçün təcavüz etdiyi məntəqələrdə belə tunellər hazırlamağa böyük üstünlük verir. Onu da qeyd edək ki, keçən ilin dekabrında kürd ön cəbhə qüvvələri Səncarın bir çox ərazilərini terroristlərdən təmizləmiş və didərgin düşən minlərlə yezidi kürdünü mühasirədən xilas etmişdilər.
663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP