Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2015

Yəmən ordusu neftlə zəngin əyaləti terrorçulardan təmizlədi

Yəmənin Ənsərullah hərəkatına bağlı olan ordu qüvvələri Maarib əyalətini Əl-Qaidə terrorçuları və ölkədən qaçmış president Mansur Hadinin tərəfdarlarından təmizləyərək, bütün əyalət boyunca nəzarəti bərpa ediblər.

İRİB-in verdiyi xəbərə görə, Yəmən ordusu, Ənsərullah qüvvələri və xalq inqilabi komitələrinin döyüşçüləri böyük əməliyyatdan sonra Maarib əyalətini azad edib. Bu barədə məlumatı Ənsərullah sözcüsü Əhməd əl-Cuneyd də təsdiqləyib.

Yəmən paytaxtı Sanada 120 km aralıda yerləşən Maarib şəhəri hazırda tam olaraq Ənsərullah qüvvələrinin nəzarətindədir. Şəhərin azad edilməsindən sonra şəhər kənarlarında Ənsərullah ilə Əl-Qaidə terrorçuları arasında ciddi qarşıdurmaların yaşandığı bildirilir. Yəmənin neftlə zəngin şərq əyaləti olan Maaribin azad edilməsi zamanı 38 Ənsərullah döyüşçüsünün həyatını itirdiyi bildirilir.

Bu gün Səudiyyə döyüş təyyarələri də Yəmənin müxtəlif şəhərlərinə hava zərbələri endirib. Səudiyyə cənub Ədən şəhərinə 9 hava zərbəsi endirib. Eyni zamanda Ədəndən şimalda yerləşən əl-Ənəd şəhərində də mülki obyektlərin bombalandığı, xeyli insanın həyatını itirdiyi bildirilir.

Səudiyyə qırıcıları Səna şəhərində Maarib şəhərinin Əl-Qaidə terrorçularından azad edilməsi üçün əsas hərbi baza hesab olunan Əl-Ərqaub bazasına da hava zərbələri endirib.

Eyni zamanda Səudiyyənin artilleriyası Yəmənin şimal əyalətlərinə zərbələr endirib. Yəmənin şimal şəhəri olan Saadaya 45 artilleriya zərbəsi endirilib./deyerler/
707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı