Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2015

NATO baş katibi: “Rusiya böyük müharibəyə hazırlaşır...”

Rusiya Ukrayna ilə sərhədə böyük sayda hərbi texnika cəmləşdirib və bu, separatçılara qısa zamanda iri miqyaslı hücum əməliyyat həyata keçirməyə imkan verəcək. Bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, Moskva əraziyə böyük miqdarda hərbi texnika atıb ki, bu da ciddi narahatlıq yaradır.

“Ukrayna ilə sərhəddə hərbi texnika vahidlərinin xeyli artdığı qeydə alınıb. Eyni mənzərə Ukraynanın şərqində müşahidə edilməkdədir”, - deyə alyansın baş katibi bildirib. “Rusiya son aylar ərzində separatçıların hərbi imkanlarını xeyli artırıb. Separatçılara 1000-dən artıq ağır hərbi texnika, o sırada yeni HHM sistemləri, tank və artilleriya qurğuları verib” - əlavə edib o.

NATO rəhbərinin sözlərinə görə, Rusiya həmçinin, separatçılara hərbi hazırlıq keçib, Ukraynanın Şərqində pilotsuz təyyarələrdən istifadə edir ki, bütün bunlar da Minsk anlaşmasına daban-dabana ziddir./musavat/
742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı