Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2015

Acı bibərin faydası

Fibroz qara ciyərin birləşdirici toxumasının böyüməsidir

Bu böyümə hüceyrədənkənar matriks (birləşdirici toxumanın əsasıdır) zülallarının həddən artıq yığılması nəticəsində əmələ gəlir. Bu proses qara ciyərin xroniki xəstəliklərinin əksər tiplərində müşahidə olunur. Acı bibərin tərkibindəki kapsaitsin adlı xüsusi maddə qara ciyərin vəziyyətinə təsir göstərib, onu zədələməkdən qoruyur. Məhz həmin maddə bibərə acı dad verir.

Nəticələri Avstriyada beynəlxalq konqresdə təqdim olunan tədqiqat zamanı mütəxəssislər təcrübə siçanlarını bir neçə qrupa ayırıblar.

Gəmiricilərin bir qrupunun öd yollarını bağlayıblar və nəticədə onlarda öd yığılmağa və qara ciyər fibrozu inkişf etməyə başlayıb. Sonra siçanlara üç gün ərzində kapsaitsin veriblər.

Gəmircilərin ikinci qrupuna zəhərli maddə tetraxlormetan verilib. Təmizləyici vasitələrin tərkibinə daxil olan bu maddə odsöndürmə aşqarıdır. Siçanlara həm zəhərdən əvvəl, həm onunla birlikdə kapsaitsin veriblər.

Məlum olub ki, kapsaitsin qara ciyər fibrozu ilə bağlı olan ulduzşəkilli hüceyrələrin fəallığını zəiflədir. Bu maddə birinci qrupdakı siçanların qara ciyər toxumalarını qismən bərpa edir, ikinci qrup gəmiricilərdə zədələrin əmələ gəlməsinin qarşısını alır. Lakin kapsaitsin qara ciyərində fibroz inkişaf edən siçanları qoruya bilməyib.

Alimlərin fikrincə, bu tədqiqatlar qara ciyər zədələrinin və fibrozunun müalicəsi və profilaktikasında istifadə etmək üçün kapsaitsinin öyrənilməsinin zəruri olduğunu təsdiq edir.
945 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:16