Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Olland Ilham Əliyevlə Leyla Yunusdan danışıb

«Le Monde»: «Əliyevlər ailəsi 20 ildən artıqdır ölkəni dəmir əllə idarə edir»

Ollandın Bakı səfəri repressiya dövrünə təsadüf edir. Fransanın “Le Monde” qəzeti prezident Ollandın Bakı səfərindən yazıb. Qəzet yazır ki, Fransa prezidenti düşmən münasibətdə olan iki keçmiş Sovet respublikasına səfər edib. Ermənistandan sonra Azərbaycana getməyi Olland vacib hesab edib.
Ollandın Bakı səfərində məqsəd iki ölkə arasında balanslı siyasət yürütmək görüntüsü yaratmaqdır. Qəzet daha sonra yazır ki, 2014-cü ilin mayında Bakıya səfər edərkən Fransa prezidenti bu ölkənin məşhur mükafatını almış Leyla Yunusla görüşüb. Leyla Yunus bütün dünyada tanınmış hüquq müdafiəçisidir. Budəfəki səfərində Olland Leyla Yunusla görüşə bilmədi. Leyla Yunus Fransa prezidenti ilə birinci görüşündən 3 ay sonra həbs edilib. Daha sonra isə onun həyat yoldaşı Arif Yunus həbs edilib. Fransa prezidentini müşayiət edən şəxslər bildirirlər ki, Ilham Əliyevlə görüşdə Yunus ailəsinin məsələsini Ilham Əliyevlə müzakirə edib.
Qəzet oxuculara məlumat verərək bildirib ki, Əliyevlər ailəsi 20 ildən artıqdır ölkəni dəmir əllə idarə edir. Avropa Şurasının Insan hüquqları üzrə komissarı Nils Mucneks deyir ki, Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasətinin məqsədi tənqidçi səsləri susdurmaqdır. Avropalı komissar daha sonra deyir ki, Leyla Yunusun sağlamlığı ilə bağlı vəziyyət çox kritikdir. Ona həyat yoldaşı ilə görüşməyə imkan verilmir.
“Human Right Watch”un Fransa bürosunun direktoru Jan-Mari Berden Ollanda müraciət edib. Müraciətdə deyilir ki, Azərbaycandakı siyasi məhbuslar azad edilməyəcəyi təqdirdə Fransa hökumətinin təmsilçiləri Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etməsinlər./azadlıq/
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...