Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Ərdoğanın keçmiş naziri ilə bağlı 145 milyonluq qalmaqal

2013-sü ilin dekabrında Türkiyədə həyata keçirilən «böyük rüşvət əməliyyatı» ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Türkiyə mətbuatının yazdığına görə, Hesablama Palatasının 2013-sü ilə dair hesabatında Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Avropa Birliyindən daxil olan vəsaiti rəsmiləşdirmədiyi məlum olub. Həmin vaxt nazirliyə Ərodoğan Bayraqdar rəhbərlik edirdi və məlum əməliyyatdan sonra vəzifəsini itirən 4 nazirdən biri o olmuşdu. İddialara görə, nazirliyin rəsmiləşdirmədiyi pulun miqdarı 144 milyon 500 min avro olub. Hesablama Palatası hesab edir ki, AB-dən daxil olan vəsait nazirliyin maliyyə sənədlərində əksini tapmalı idi. Qurum eyni zamanda, 114 min avro dəyərində olan kompüter və planşetlərin də nazirlik tərərfindən rəsmiləşdirilmədiyini bəyan edib.

Qeyd edək ki, dörd nazirlə (Daxili işlər naziri, İqtisadiyyat naziri, Avropa Birliyi üzrə nazir, Ətraf mühit və şəhərsalma naziri) bağlı «rüşvət dosyesində» digər 3 nazirdən fərqli olaraq Ərdoğan Bayraqdarla bağlı rüşvət faktı yox idi. Qanunsuz tender keçirməklə bağlı ittihamlara cavab olaraq isə Bayraqdar bildirmişdi ki, bütün tenderləri o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın razılığı ilə keçirib.
605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP