Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Ölkədə ixtisarların yeni dalğası

«Azəryolservis» və «Bakı Metropoliteni»ndə işçilər kütləvi şəkildə işdən çıxarılır

“Azəryolservis”in yeni sədri Saleh Məmmədov qurumda ixtisarlara başlayıb. “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, Saleh Məmmədov böhranla əlaqədar “Azəryolservis”in 100-dən artıq idarəsində çalışan işçilərin əhəmiyyətli hissəsini ixtisara salır. Məlumata görə, “Azəryolservis” sədri növbəti mərhələdə qurumda struktur islahatları aparacaq.
“Azəryolservis”in xeyli idarəsi birləşdiriləcək. Bu zaman da yüzlərlə işçinin ixtisara düşəcəyi gözlənilir.
“Bakı Metrpoliteni”ndə ixtisarların növbəti mərhələsi başlayıb. Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, “Bakı Metropoliteni”nin tikinti idarəsinin 1500 işçisindən 900 nəfəri öz hesabına məzuniyyətə göndərilib, yerdə qalan 600 nəfər isə ixtisar olunacaq. Dünən əldə etdiyimiz məlumata görə, qurumda 1000 nəfərə yaxın işçi ixtisar olunacaq. Artıq onlara bu barədə xəbərdarlıq edilib.
Bəzi məlumatlara görə, bu ixtisarların bir səbəbi böhranla bağlıdırsa, digər səbəbi işçiləri əvəz edəcək yeni texnikanın alınmasıdır.
646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33
GENERAL QASİM S