Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Əyalətlərdə vərəqələr paylanılır

Əhali Milli Şuranın 3 may mitinqinə çağrılır, müxalifət blokunun isə məsələdən xəbəri yoxdur

Məlum olduğu kimi, müxalifətin əsas birliyi olan Milli Şura mayın 3-də Məhsul Stadionunda özünün sayca üçüncü mitinqini keçirməyə hazırlaşır. «Talana Son» şüarı ilə keçiriləcək aksiya ilə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Bununla bağlı artıq geniş təbliğat kampaniyasına da start verilib. Sosial şəbəkələrdə müxalifətçilər yaxın vaxtlarda manatın yenidən devalivasiyaya uğrayacağını, növbəti bahalaşmanın qaçılmaz olduğunu bəyan edirlər. Müxalifətçilər həmçinin bəyan edirlər ki, bahalaşma sürətləndikcə korrupsiya və monopoliya da güclənəcək. Eyni zamanda, hakimiyyət dairələrinin əhaliyə basqısı da artacaq. Və bunların olmaması üçün hamının mayın 3-də keçiriləcək mitinqə qatılmasına çağırışlar edirlər.

Lakin bu təbliğata paralel olaraq əyalətlərdə qəribə vəziyyət yaranıb. Dünəndən etibarən Gəncə, Şirvan, Salyan, Masallı və daha bir neçə şəhər və rayonda naməlum şəxslər mitinqə qatılmaqla bağlı vərəqələr paylayırlar. Bu vərəqələrin Milli Şuranın adından paylanıldığı qeyd edilsə də, birlik rəsmilərinin məsələdən xəbəri olmadığı üzə çıxıb.

Məlumatlara görə, əyalətlərdə mitinq çağırışları əks olunmuş vərəqələnir paylanılmasını Milli Şura təşkil etməyib. Və bu prosesin kimlər tərəfindən həyata keçirildiyi də məlum deyil. Belə bir ehtimal var ki, həmin vərəqələr yerlərdəki bəzi fəalların təşəbbüsü ilə yayımlanır./jam/
668 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı