Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Laçınlı qaçqın mehribandan 1000 manat borc istədi

Baxış Baxışov qızının orta məktəbədə işləməsi üçün rayon Təhsil Şöbəsində ondan rüşvət istənildiyini iddia edir

«Laçın təhsil şöbəsinin müdiri Malik Vəliyevin əlindən zara gəlmişik. Bu adam rayon təhsilini bazara çevirib. Burada işə düzəlmək üçün mütləq cibin dolu olmalıdır». Bu sözləri Laçının Şeylanlı kənd sakini Baxış Baxışov yazıb.

O iddia edir ki, Malik Vəliyev raynun orta məktəblərini özünün şəxsi biznesinə çevirib. «Bu adam yüzlərlə saxta diplomlu müəllimdən rüşvət alaraq işdə saxlayır. Hətda vakant yerləri gizlədərək Ədəbiyyat, Tarix, Riyaziyyat, Coğrafiya, Kimya, Biologiya və Fizika kimi mühüm fənləri ibtidai sinif və idman müəllimlərinə tədris etdirərək, onların əmək haqqısından aylıq hesab yığdırır. Respublikanın ayrı-ayrı şəhər və rayonlarda yaşayan şagirdlərin adlarını, Ağcabdidəki qış yataqlarındakı məktəblərin şəbəkələrinə yazmaqla süni surətdə sinif komlektlərini artırır. Hətta Bakı şəhərində kurslarda təhsil alan 9-10-11-ci sinif şagirdlərinin də adları bu məktəblərin şəbəkələrində var».

Baxış Baxışov bildirir ki, qızı Rəmziyyə Baxışova 2011-ci ildə Respublika Uşaq Birliyi Təşkilatı Rəhbərləri məktəbini bitirib. «Lakin rüşvət verə bilmədiyim üçün qızıma ixtisası üzrə iş ala bilmirəm. Odur ki, Azərbaycanin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət edirək, fondun hesabından 1000 manat borc istəyirəm. Həmin pulu Laçın Təhsil Şöbəsinin müdiri Malik Vəliyevə verim ki, qızımı işə götürsün. Həmin pulu hər ay aldığım pensiyamdan geri ödəməyi də üzərimə götürürəm»./jam/
772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...