Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Əfqanıstanda daha 4 amerikalı hərbçi ölüb

Əfqanıstanda işğalçı NATO qüvvələrinin hәyata keçirdiklәri әməliyyat zamanı bir mina partlayıb. Hadisәdә 4 hmerikalı hәrbçi həyatını itirib, - “BBC”.

Ölkənin cənubunda yerlәşәn bir əyalətdə baş verәn partlayış nәticәsindә hәyatını itirәnlәr ilә yanaşı 2013-cü ildә Əfqanıstanda ölən amerikalı əsgərlərin sayı, 140-a çatıb. Ölkədə son 6 ay әrzindә mina partlaması nəticəsində hәlak olan dinc әhali sayının isә 1319 nәfәr olduğu bildirilib.

Digər tərəfdən Badahşan vilayətində təşkil edilən əməliyyatda dörd kamikadzenin tutulduğu vә xeyli miqdarda hәrbi sursat әlә keçirildiyi bildirilib. Tutulan terrorçuların, Kişim qәsәbәsindә eyni anda intihar hücumları hәyata keçirmәyi planladıqları qeyd edilib./Deyerler
1617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35