Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

İcra başçısının özəlləşdirdiyi Lerik

İcra başçısı Rövşən Bağırov Lerik rayonunda meşələri viran qoyur, dövlətin sosial problemlərin həllinə yönəltdiyi vəsaitləri mənimsəyir və Lerikin görməli yerlərində özü üçün əyləncə mərkəzləri inşa etdirir

Pia.az-a Lerik rayonundan daxil olan məlumata görə icra başçısı Rövşən Bağırov rayonda bütün tikinti və ticarət bizneslərini ələ keçirərək, yerli məmurlarla birlikdə dövlət büdcəsini çapıb talayır. Rayon əhalisi isə sosial problemlərin içində yarıac, yarıtox vəziyyətdə yaşamaqdadır. Daxil olan məlumatda bildirilir ki, Təhsil Şöbsəinin rəhbəri Balaşlirin Nəsirov, Səhiyyə İdarəsinin rəhbəri Mübariz Ağayev və 43 saylı Lerik Yol İstismar İdarəsinin müdiri icra başçısının bütün maxinasiyalarında iştirak edirlər.

Belə ki, rayonun təhsil şöbəsinə il ərzində ayrılan yüzminlərələ manat vəsait sənədləşdirilərək mənimsənilir. Məlumata əsasən Lerik təhsil şöbəsinə bu il 600 min manatdan çox vəsait ayrılıb və bu vəsaitlər maşın avadanlıqları, bərk və yumşaq inventarlar, təmir işləri üçün xərclənib. Rayonun ucqar dağ kəndlərində mövcud olan orta məktəblərə isə məktəb demək olmaz. Bu kəndlərdə şagird və müəllim çatışmamazlığı mövcuddur.

Mənbə bildirir ki, təhsil şöbəsinin müdiri Balaşiirin Nəsirov bir çox ucqar kəndlərdə çoxlu sayda «ölü canlar» saxlayır və bu «ölü canların» məvacibləri təhsil şöbəsinin müdirinin cibinə axır. Bildirilir ki, bundan xəbər tutuan icra başçısı Rövşən Bağırovun göstərişi ilə rayon maliyyə idarəsi ucqar kəndlərin orta məktəblərində yoxlamalar aparıb. Yoxlamalardan sonra 60-a yaxın müəllimin sadəcə adlarının olduğu və şagird sayınında jurnallarda qeyd olunduğundan dəfələrlə az olduğu üzə çıxıb. İcra başçısı təhsil şöbəsinin müdirinin saxta müəllim, çagird əməliyyatının üstünü açandan sonra Balaşirin Nəsirov Rövşən Bağırova minnətçi düşərək qazancının yarsını icra başçısına təklif edib.

Məlumatlı şəxs bildirir ki, hər ay təhsil şöbəsinin rəhbəri icra başçısına 10 min ABŞ dolları civarında pul verir. Təhsil şöbəsi rəhbərinin başqa bir qazanc mənbəyi isə, paytaxt Bakı və qonşu rayonlarda yaşayan yuxarı sinif şagirdlərinin Lerikin kənd məktəblərinə adlarının yazdırılmasıdır. Yəni həmin şagirdlərin sadəcə adları bu məktəblərdə gedir özləri isə şəhərdəki hazırliıq kurslarında təhsil alırıar. Mənbə Lerik məktəblərində adı olub özü olmayan şagirdlərin sayının 100-ə yaxın olduğunu iddia edir. Bu şagirdlərin hər biri üçün Balaşirin Nəsirov ilk əvvəl 300 manat, ayda isə 50 manat rüşvət aldığı bildirilir. Ucqar dağ kəndlərində qeydiyata alınan bu şagirdləri heş kəs itirib axtarmır. Gələn yoxlamalar isə, maşın çıxmayan kəndlərə getməkdənsə, təhsil şöbəsinin rəhbərindən öz «hesabını» almaqla kifayətlənir.

İcra başçısı Rövşən Bağırovun başqa bir yeyinti mənbəyi isə rayon səhiyyə şöbəsidir. Mübariz Ağayevlə isti münasibətlərinin olduğu qeyd olunan baş həkim Mübariz Ağayev də təhsil şöbəsinin müdiri kimi öz gəlirlərini icra başçısı ilə bölüşür. Bildirilir ki, son bir ildə Lerik rayon səhiyyə təşkilatına 700 min manat vəsait ayrılıb və bu vəsaitində yarısından çoxu mənimsənilib. Rayon mərkəzi xəstəxanasına dəftərxana ləvazimatları üçün ayrılan 50 min manat vəsaitin yarsından çoxu baş həkimin cibinə axıb, eyni zamanda xəstəxanaya ayrılan 300 min mantlıq dərman pereparatlarının çoxusun adı sadəcə sənədlərdə yazılıb və Mübariz Ağayevin təşkilatçılığı ilə apteklərdə satılıb.

Məlumatda qeyd olunur ki, Lerikdə baş həkimin yaxın qohumalrına aid bir neçə aptek mövcuddur. Bundan başqa yerli kənd tibb məntəqələrinə ayrılan təmir işləri üçün vəsaitlərin isə, demək olar ki, 80 faizi baş həkim tərəfindən mənimsənilib. Həmçinin qeyd olunur ki, baş həkim hər ay təcili tibb məntəqasinin adına dövlətin tonlarla yanacağını silir.

Bildirilir ki, Mübariz Ağayevin rayon mərkəzi xəstəxanasında qeyd olunan əməllərindən xəbardar olan Rövşən Bağırov hər ay baş həkimdən öz payını artıqlaması ilə alır.

Bundan başqa məlumatda qeyd olunur ki, icra başçısı Rövşən Bağırov 43 saylı Lerik Yol İstismar İdarəsinin vasitəsi ilə hər il ir neçə yüz zmin manat vəsaiti silərək şəxsi malı kimi mənimsəyir. Bu il Lerik rayonunda bir neçə küçənin və rayon mərkəzinə yaxın yaşayış məntəqələrinin asfaltlanmasına ayrılan 650 min manat vəsaitin demək olar ki, yarısı icra başçısına çatıb. Mənbə çəkilən yolların heç bir standarta cavab vermədiyini və sənədləşdirmədə qiymətlərin bir neçə dəfə şişirdildiyini bildirir.

Bundan başqa bildirilir ki, icra başçısı Rövşən Bağırov rayon mərkəzinə gedən yolun kənarında hal hazırda bir neçə istirahət və əyləncə obyektləri tikdirir. Bu obyektlərin tikintisinə icra başçısının Bakıdan olan qohumu nəzarət edir.

Rövşən Bağırovun başqa bir biznes sahəsinin isə Leik meşələriondən ağacların kəsilərək satılması olduğunu bildirir. Belə ki, icra başçısına yaxın olan şəxslər rayonərazisində yerləşən meşələrdən hər gün onlarla keyfiyyətli ağacları kəsərək dəzgahlardan keçirərək paytaxt Bakıya göndərirlər. Rövşən Bağırovun gizli taxta biznesindən böyük gəlirlər götürdüyü iddia olunur.
1946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber