Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

İran bir hərbi donanmasını Yəmənin su sərhədlərinə göndərir

İran Hərbi Dəniz Qüvvələrinin 35-ci donanması Yəmənin su sərhəddi olan Ədən körfəzinə göndəriləcək.

 RİA Novosti-nin verdiyi xəbərə görə, İran Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Həbibullah Səyyari bildirib ki, dəniz donanması iyulun 11-də regiona yola salınacaq.

34-cü donanma 90 gün ərzində Hind okeanının şimal hissəsi, Ədən körfəzi, Bab əl-Məndab boğazı və Qırmızı dənizdə missiyasını həyata keçirəcək.

34-cü donanmanın tərkibinə daxil olan Buşəhr və Elburus aviadaşıyıcı gəmiləri aprelin 8-də İrandan yola düşərək aprelin 22-də Ədən körfəzinə çatıb. Bəzi mənbələrdə gəmilərin körfəzi tərk etdiyi barədə xəbərlər yayılsa da, Həbibullah Səyyari sona qədər gəmilərin missiyasını həyata keçirəcəyini bildirib.

Səyyari qeyd edib ki, donanmanın əsas missiyası İran gəmilərinin təhlükəsizliyi qorumaq və İran gəmilərinə açıq dənizdə quldurların hücumlarının qarşısını dəf etməkdir.

Ənsərullaha yardım məsələsinə gəlincə, İran komandiri bildirib ki, onlar heç bir ölkənin daxili işlərinə qarışmır, eyni zamanda heç bir ölkənin onların gəmilərində axtarışlar aparmağa ixtiyarı yoxdur./deyerler/
628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP