Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Hakimiyyət Qarabağ qazisindən qisas alır

Asif Yusiflini absurd ittihamla həbsdə saxlamaq ən böyük ermənipərstlikdi

Azərbaycan hakimiyyəti ölkənin ən ləyaqətli, vicdanlı insanlarına “erməni” damğası vursa da, reallıq onu göstərir ki, ən böyük erməni sevgisi, ən qatı ermənipərəstlik hakimiyyətə aiddir. Diqqət edirsizsə, bu ölkədə erməniyə güllə atan, qazi olan, şəhid olan adamların heç bir dəyəri yoxdur. Əksinə, şəhid ailələrinin, Qarabağ qazilərinin sığorta haqqı da verilmir. Əvəzində ermənilərin hesabı ödənilir, ermənipərəst ölkələrə 100 milyonlarla vəsait xərclənilir.
Ən absurd məqam isə bugünlərdə ortaya çıxdı. Belə ki, AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisı, birinci qrup əlilÿ Asif Yusiflinin növbəti məhkəmə prosesi keçirildi və hakimiyyətin Qarabağ qazilərinə nifrəti bir daha təsdiqləndi. Asif Yusifli hakimiyyətə qarşı tənqidi mövqeyinə, ölkədəki özbaşınalıqlara sərt təpkisinə görə şərlənərək həbs edilib. O, özü zərərçəkən olduğu halda, dələduzluqda ittiham edilərək həbs olundu. Amma hakimiyyətin bu bəhanəsinə də son qoyuldu və zərərçəkmiş kimi tanınan Fəridə Zülfüqarovanın 6200 manatı ödənilib. Digər zərərçəkmiş Rafiq adlı şəxs isə Asif Yusiflinin heç bir günahı olmadığını söyləyib. Bütün bunlara baxmayaraq məhkəmə Asif Yusifli barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə “əsas” görməyib və onu ev dustaqlığına da buraxmayıblar. Dünənə qədər pulun ödənilməməsini əsas gətirən məhkəmə, bu bəhanəyə son qoyulduqdan sonra da bəhanəsiz olaraq Asif Yusiflini həbsdə saxlayıb. Təbii ki, Azərbaycanda müstəqil məhkəmə olmadığına görə, çıxarılmış qərarın siyasi hakimiyyətin sifarişi olduğu da şübhəsizdir. Məsələ burasındadır ki, Qarabağ amilinin arxasında gizlənən hakimiyyət, Qarabağ qazilərini fiziki məhv etməklə məşğuldu. Mandat alveri ilə məşğul olanlar, 100 milyonluq korrupsiya layihələri həyata keçirənlər azadlıqda gəzir, öz sağlamlığını vətən uğrunda itirənlər isə zindanlarda çürüyür. Asif Yusiflinin həbsi ən çox erməniləri sevindirə bilər. Azərbaycan hakimiyəti də ermənilərə sevinc bəxş etmək üçün bütün vasitələrdən istifadə edir. Onu da qeyd edək ki, Asif Yusiflinin 17 yaşlı qızı da ağır xəstədir və ciddi müalicəyə ehtiyacı var. Amma bütün bəhanələrin aradan qalxmasına baxmayaraq, 1-ci qrup Qarabağ əlili ilə hakimiyyət düşmənçilik aparır.
Xatırladım ki, 2 gün öncə 26 yaşlı qızını dəfn edən Tofiq Yaqublu da Qarabağ döyüşçüsüdür. Tofiq Yaqublu bu gün onu şərləyərək həbs edənlərin təhlükəsizliyi üçün səngərlərdə yatıb, fərarilər isə onu həbs edib zindanda yatmağa məcbur ediblər. Tofiq Yaqublu xəstəliklə çarpışan qızının son günlərində yanında ola bilmədi. Bu ailə ən ağır faciələrlə üz-üzə gəldi. Sanki hakimiyyət bu mənzərədən zövq, Qarabağ döyşçüsündən qisas alırdı.
Bəli, nə Asif Yusiflinin, nə də Tofiq Yaqublunun heç bir günahı yoxdur. Məhkəmə onlara qarşı heç bir dəlil ortaya qoymayıb. Onların yeganə günahı ədalətli, vicdanlı olmaları, bu vətəni sevməkləridi. Hakimiyyət isə vətəni, milləti sevənləri cəzalandırmaq öhdəliyi götürüb. Bunların “humanist”liyi Tofiq Yaqubluya 7 gün azadlıq vermək, Asif Yusiflinin vəsatətini təmin etməməkdi. Amma bugünlərdə Azərbaycan tərəfə keçmiş erməni hərbçi Qriqoryanla hörmətli qonaq kimi davranırlar. Ona meyvə şirəsindən tutmuş, rəsm çəkmək üçün sulu boyaya qədər verirlər. Yəni Azərbyacan vətəndaşına güllə atanlara komfort bəxş edib, erməniyə güllə atanları cəzalandırmaq siyasəti yürüdülür.
Bir gün hamı cavab verməli olacaq. Asif Yusifliyə 6200 manat ödətdirənlər, milyardların hesabını verməli olacaqlar. Indi isə məlum olan budur ki, hakimiyyət ermənilərə güllə atanlarla düşmənçilik edir./azadlıq/
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:33