Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Putin yenə ABŞ-ı ittiham etdi

Rusiya qərb ölkələrini terrorçularla birbaşa əlaqələrdən çəkindirməyə çalışıb, amma onlar qulaqardına vurublar.

Bu barədə Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında yayımlanan "Prezident" filmi üçün verdiyi müsahibəsində bildirib. Putinin sözlərinə görə, Rusiya kəşfiyyatı Şimali Qafqazda fəaliyyət göstərən terrorçularla ABŞ kəşfiyyatı arasında birbaşa əlaqələr olduğunu müəyyən edib.

"Mən onda həmin vaxt fəaliyyət göstərən ABŞ prezidentinə zəng elədim. O isə məndən üzr istədi və dedi: "Mən onların başına oyun açaram". Amma 10 gün sonra Rusiyanın federal təhlükəsizlik xidməti Vaşinqtondakı həmkarlarından məktub aldılar: "Biz Rusiyanın bütün müxalifətçi qüvvələri ilə əlaqə saxlamışıq və saxlayacağıq. Düşünürük ki, bunu etməyə haqqımız var və gələcəkdə də edəcəyik". Heç bir zaman terrorçuları ani siyasi və hətta geosiyasi məsələlərin həlli üçün istfiadə etmək olmaz", - deyə Putin vurğulayıb.

Amerikanın “ABCnews” portalı həmin söhbətin 2000-ci illərin əvvəlində Corc Buşla Vladimir Putin arasında getdiyini bildirir.
450 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...