Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

İran: “Səudiyyə rejiminin çöküşü yaxınlaşır”

Bu açıqlama ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Əli Cəfəri çıxış edib. O, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin Yəməndə təşkil etdiyi əməliyyatlara münasibət bildirib:

“Dövlət rəsmiləri keçmişdə bəzi məsləhətlərə görə Səudiyyə Ərəbistanı ilə bağlı danışmırdılar. Ancaq Yəməndəki hücumlardan sonra Səudiyyənin xain üzü ortaya çıxdı. Rəsmi şəxslərimiz bu ölkə ilə bağlı köhnə düşüncələri bir kənara atmalıdır. Səudiyyə Ərəbistanı İsrailin yolu ilə gedir. Səudiyyə Ərəbistanı utanmazca bütün İslami qaydaları tapdalayaraq, müstəqillik istəyən müsəlman ölkəyə hücum etdi. Bu gün Səudiyyə Yəməni bombalayaraq insanları öldürür. Artıq Səudiyyə rejiminin çöküşü yaxınlaşır. İslam İnqilabının ilk dalğası kommunizmin çökməsinə səbəb oldu. Sonrakı dalğalar isə Səudiyyə rejiminin çökməsini özü ilə bərabər gətirəcək”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri martın 26-da Yəməndə husilərə qarşı əməliyyatlara başlamışdı. Aprelin 21-də isə hərbi əməliyyatların sona çatdığı açıqlanmışdı. Lakin bundan 2 gün sonra koalisiya qüvvələri Yəməni yenidən bombalamışdı./axar/
788 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP